Ozan Can Azərbaycana 1 xalla gəldi

Ozan Can Azərbaycana 1 xalla gəldi

Futbol üzrə Niderland birinci divizionunda 32-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 0:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90+2-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 38 xalla 13-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Ozan Can Azərbaycan millisinin martın 18-25-i aralığında Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alıb. Yığmamız bu arada “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər