"Çempionata pis başladıq, pis də davam edir. Bu oyunun nəticəsi belə olmamalı idi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
Türk mütəxəssis komandanın qol vurmaqla bağlı probleminin olduğunu bildirib: "3 xal itirmək çox pisdi. Qırmızı vərəqədən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdı. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdi. “Neftçi” 10 nəfərlə müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdı".
Fanat.az