Otel rəhbərliyi “beh” aldı, konfransı keçirməkdən imtina etdi! – Süleymanov AFFA-nı suçladı

Otel rəhbərliyi “beh” aldı, konfransı keçirməkdən imtina etdi! – Süleymanov AFFA-nı suçladı

Bu gün Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Fanat.Az xəbər verir ki, konfrans əvvəlcədən nəzərdə tutulduğu kimi, "Altus” otelində keçirilməyəcək. Səbəb otelin rəhbərliyinin texniki problemlərə görə konfransı keçirməkdən üz döndərməsi olub. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov komanda.az saytına açıqlamasında, otellə bağlı problemin yaranmasında AFFA-nın rolu olduğunu deyib. O, əvvəlcədən otelə "beh” verdiklərini, ancaq bu gün texniki səbəbdən konfransın keçirilməsinin mümkün olmadığını bildirib. Süleymanov heç bir texniki nasazlığın olmadığını və bunun AFFA-nın təzyiqi ilə əlaqəli olduğunu deyib.

Konfransın başqa bir oteldə keçirilməsi nəzərdə tutulub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər