Ordu etiraz etdi, əfsanəvi klubun adı dəyişdi - Şok qərar

Ordu etiraz etdi, əfsanəvi klubun adı dəyişdi - Şok qərar
Rumıniyanın ən titullu klubu "Styaua" ilə bağlı şok qərar verilib. Fanat.Az xəbər verir ki, klub "Styaua" adından qanunsuz olaraq istifadə etdiyi üçün məhkəməyə verilib.
Rumıniya Silahlı Qüvvələri bu adın orduya məxsus oldğunu iddia edib. Məhkəmə qərarında bildirilir ki, 1947-ci ildə ordu tərəfindən qurulan futbol klubu 1998-ci ildə dövlət himayəsindən çıxarılaraq özəlləşdirilib və 2014-cü ildən bəri bu adı qanunsuz olaraq daşıyır.
Müdafiə Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, məhkəmə qərarı onları razı salıb və 12 il patent haqqı vermədən addan istifadə olunduğu üçün kluba qarşı 40 milyon avroluq təzminat iddiası qaldırılacaq.
"Styaua"nun prezidenti və sahibi Gigi Bekali isə məhkəmə qərarına etiraz edəcəklərini və klubun adını "FC Sports Becali" olaraq dəyişdirməyi düşündüklərini bildirib.
Prezident qeyd edib ki, etirazları qəbul olunmayacağı və tələb olunan təzminat ödəniləcəyi halda klub iflasa uğrayaraq həvəskarlar liqasına düşəcək. 
Qeyd edək ki, "Styaua" 26 dəfə Rumıniya çempionluğunu, 22 dəfə ölkə kubokunu, 6 dəfə Super Kubokunu qazanıb. Buxarest klubu 1986-cı ildə Çempionlar Liqasına və Avropa Super Kubokuna sahib çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər