"Onun meydanda olub-olmayacağına oyun günü aydınlıq gələcək" - "Səbail"in sözçüsü

"Onun meydanda olub-olmayacağına oyun günü aydınlıq gələcək" - "Səbail"in sözçüsü

"Səbail" Misli Pemyer Liqasının 14-cü turunda "Kəpəz"ə qarşı keçirəcəyi oyunda tam heyətlə iştirak edə bilməyəcək. 

Bunu Fanat.Az-a  açıqlamasında "dənizçilər" in mətbuat katibi Rəşad Məmmədov deyib:

"Cəzalı oyunçumuz mərkəz müdafiçisi Adi Mehremiçdir. O, dörd sarı vərəqə limiti dolduğuna görə "Kəpəz"lə oyunu buraxacaq. Zədəlilər isə  Aleksandr Ramalinqom və Ağabala Ramazanovdur. Ramalinqomun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək".

Qeyd edək ki, "Səbail "-  "Kəpəz" qarşılaşması noyabrın 25-də keçiriləcək.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər