Onlar Azərbaycan çempionatına qatılmayacaq - Açıqlama

Onlar Azərbaycan çempionatına qatılmayacaq - Açıqlama

Azərbaycan cüdo millisinin aparıcı üzvləri ölkə çempionatına qatılmayacaq.

Fanat.Az xəbər verir ki, yığmanın Orxan Səfərov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) kimi tanınmış cüdoçuları 2-5 dekabrda keçiriləcək Azərbaycan çempionatında mübarizə aparmayacaq. 

Federasiyadan saytımıza verilən məlumata görə, yığmanın məşqçilər heyəti 20-22 dekabrda İsraildə təşkil ediləcək ilin son reytinq turniri - "Dünya Ustaları"na hazırlığı əsas gətirərək həmin idmançıların yarışa qatılmasını məqsədəuyğun hesab etməyib.

Yerusəlimdə keçiriləcək yarışa yollanacaq cüdoçulardan beşi ölkə çempionatında çıxış edəcək. Bunlar Turan Bayramov, Yaşar Nəcəfov, Zelim Kotsoyev, Elcan Hacıyev və Zelim Tçkayevdir.

Qeyd edək ki, "Dünya Ustaları" turnirində Azərbaycanı 15 (14 kişi, 1 qadın) cüdoçu təmsil edəcək. Sözügedən turnir dünya çempionatından sonra Olimpiadaya ən çox lisenziya xalı qazandıran yarışdır. Qalib aktivinə 1800, ikinci yerin sahibi 1260, bürünc medalçılar isə  900 xal əlavə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər