Olimpiya çempionları "quru" hesabla ələndi

Olimpiya çempionları "quru" hesabla ələndi

Voleybol üzrə kişilər arasında Avropa çempionatında sürpriz nəticə qeydə alınıb.

Fanat.Az xəbər verir ki, dünya reytinqində 31-ci sırada qərarlaşan Çexiya millisi 1/8 finalda Tokio 2020 Yay Olimpiya Oyunlarının çempionu Fransa yığma komandası üzərində "quru" hesablı qələbə qazanıb - 25:22, 25:19, 34:32.

Dörd ildən sonra yarışın 1/4 finalına yüksələn çexlər bu mərhələdə Sloveniya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. 

1/4 finalın digər cütləri isə belədir: Rusiya - Polşa Serbiya - Niderland  İtaliya - Almaniya 

Qeyd edək ki, Çexiya, Polşa, Finlandiya və Estoniyanın ev sahibliyi etdiyi Avro 2021-ə sentyabrın 19-da yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər