Oksfordun tələbələrindən çılpaq idman - FOTO

Oksfordun tələbələrindən çılpaq idman - FOTO
Dünyanın ən məşhur ali məktəblərindən olan Oksford Universitetinin bir çox oyunçusu eyni zamanda qılıncoynatma, üzgüçülük, basketbol, futbol və digər idman növləri ilə məşğul olur. Bir yandan oxuyub, bir yandan da idmanla məşğul olan tələbələrin xeyriyyə tədbirləri keçirmək üçün verdikləri qərar ilginc görüntülərin ortaya çıxması ilə nəticələnib.
Fanat.az İngiltərənin "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, təhsilləri ilə yanaşı, idmanla maraqlanan 70 qız və oğlan tələbə "Blues Charity Naked Calendar 2014" təqvimi üçün soyunub. Müxtəlif idman növləri ilə tamamilə çılpaq halda məşğul olan tələbələrin fotolarını Oksfordun digər tələbələri satmağa çalışır. Əldə olunan gəlir isə xeyriyyə işlərinə sərf olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər