Nurmuqameti "Sumqayıt"da

Nurmuqameti "Sumqayıt"da

"Sumqayıt" Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti futbolçunun keçidini realaşdırıb.

Fanat.Az xəbər verir ki, son olaraq Qazaxıstanın "Maktaaral" klubunda çıxış etmiş cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.

Məlumatı klubun rəsmi saytı yayıb. 

Qeyd edək ki, "Kayrat"ın yetirməsi olan Rifat karyerası boyunca "Jetısu" və "Aktobe" klublarında da çıxış edib. 26 yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər