"Niyə də yox?" - Mourinyu Portuqaliya millisini çalışdırmaq istəyini gizlətmədi

"Niyə də yox?" - Mourinyu Portuqaliya millisini çalışdırmaq istəyini gizlətmədi
"Tottenhem"in baş məşqçisi Joze Mourinyunun adı tez-tez ölkəsinin yığması ilə hallanır.
Fanat.Az xəbər verir ki, Mourinyu "Fox Sports"a müsahibəsində Portuqaliya millisini çalışdırmaq ehtimalını istisna etməyib:
"2004-cü ildə Portuqaliyanı tərk etmişəm və hələ də qayıtmamışam. Bilirəm, əksəriyyət bir gün Portuqaliya millisini çalışdıracağımı gözləyir. Niyə də yox? Düzdü, indilik dəqiq cavab verə bilmərəm. Amma mənim 57 yaşım var və məşqçilik üçün gənc sayılıram. İllərdi ki, zirvədəyəm və hələ yorulmamışam.
Hazırda çətin perioddan keçirəm. Koronavirusa görə evdə oturmaqdan bezmişəm".
Qeyd edək ki, Mourinyu 1987-ci ildə məşqçilik karyerasına başlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər