Nikolovdan Azərbaycan ordusuna: "Cəsur olun, mənim dostlarım"

Nikolovdan Azərbaycan ordusuna: "Cəsur olun, mənim dostlarım"
Bakının "İnter” (indiki "Keşlə”) klubunun sabiq prezidenti Georgi Nikolov Dağlıq Qarabağda baş verənlərə biganə qalmayıb. 
Fanat.Az xəbər verir ki, bolqarıstanlı futbol funksioneri sosial şəbəkədə paylaşım edərək terrorçu Ermənistanla mübarizə aparan Azərbaycan Ordusunun şücaətini və haqq savaşı apardığını xüsusi qeyd edib: 
"Çoxdandır sizinlə ünsiyyətdə olmurdum. Həyatım belə gətirmişdi. İdman barədə məqalələr yazmaq istəmirdim. Keçmişdə bir dövlət xadimi deyib ki, bir insanın ölümü faciə, minlərlə insanın ölümü sadə statistikadır... Amma mən onunla qətiyyən razı deyiləm. Əgər şərəfli insanlar öz vətənləri üçün ölürsə, burda hansı statistika ola bilər? Doğma yurdların cəsurluqla təmizlənməsi sadəcə qəhrəmanlıq sayılır. Əllərində nəyin – Kalaşnikov avtomatı, döyüş təyyarəsinin şturvalı və ya başqa silahın olmasından asılı olmayaraq onlar müharibənin dəhşətləri və ölümə qarşı irəli atılır. "İşimiz haqq işidir, qələbə bizim olacaq...”, bu, bəzən onların həyatdakı son fikirləri olur. Mən bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm. Qisas silahı yalnız onların əlindədir və o qələbə gətirəcək. Buna şübhə də etmirəm. Cəsur olun, mənim dostlarım. Güllə - axmaqdır, cəsurlardan qaçır. Sizin hamınızı sizin qürurlu qələbə bayrağınızla görmək istəyirəm. Sonra isə biz yenə futboldan danışa bilərik”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər