Ukraynanın "Olimpik" (Donets) klubunun sabiq futbolçusu İsa Şerif "Qəbələ"də baxışdadı. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə müqavilə imzalamağa gəlib. Onun keçidi azad agent kimi gerçəkləşəcək. Bu halda, baş məşqçi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış etmiş 10-cu futbolçunu hazırkı komandasına cəlb edəcək.
"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında İsa Şerifin hazırda olduğunu bildirib. Onun sözlərinə görə, hələ müqavilə ilə bağlı qərar verilməyib. Yaxın günlərdə məsələ dəqiqləşəcək.
Qeyd edək ki, İsa Şerifin "Olimpik"lə müqaviləsi dekabrda başa çatıb. O, 2012-ci ildən bu komandada çıxış edib (90 oyun, 14 qol). Yarımmüdafiəçi 2009-2012-ci illərdə Nigeriyanın "Kano Pillars" klubunda forma geyinib. İsa Şerif Nigeriyanın U-17 və U-20 yığmalarında top qovub. "Transfermark" ona 400 min avro qiymət qoyub.
Fanat.az