Nərgiz İsmayılova İtaliya klubunun oyununa təyinat aldı

Nərgiz İsmayılova İtaliya klubunun oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

Fanat.Az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (Polşa) və “Allianz Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaq.

Görüş fevralın 20-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər