"NEK Neymegen"dən Bakı klubuna keçdi

"NEK Neymegen"dən Bakı klubuna keçdi

"Keşlə” növbəti transferini rəsmiləşdirib.

 

 

Fanat.Az xəbər verir ki, paytaxt klubu Hollandiyanın "NEK Neymegen” klubunda top qovan azərbaycanlı futbolçu Ziya Əzizovu heyətinə qatıb.

Əldə etdiyimiz məlumata görə, futbolçu artıq Azərbaycandadı və Bakı klubu ilə bütün məsələlərdə razılıq əldə edib. Onunla 1+1 illik müqavilə imzalanacaq. Transferin bu gün rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın U-21 yığma komandasının da şərəfini qoruyan Əzizovun karyerası məhz Hollandiya ilə bağlıdı. O, ötən mövsümün əvvəlində keçdiyi "NEK Neymegen”dən öncə bu ölkənin digər təmsilçisi "Den Boş” klubunda çıxış edirdi

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər