"Neftçi"nin zədəlilərinin durumu açıqlandı

"Neftçi"nin zədəlilərinin durumu açıqlandı

Misli Premyer Liqasının 26-cı turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.

Fanat.Az xəbər verir ki, fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.

Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.

Qeyd edək ki, bu gün - martın 9-da keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü saat 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər