“Neftçi”nin zədəli hücumçusundan xəbər var

“Neftçi”nin zədəli hücumçusundan xəbər var

“Neftçi"nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.

Braziliyalı oyunçu "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın 7-ci tur oyununda əzələsindən zədə alıb. "Neftçi" bu gün 8-ci turda "Turan Tovuz"un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər