"Neftçi"nin yeni idman direktoru komanda ilə görüşdü

"Neftçi"nin yeni idman direktoru komanda ilə görüşdü

“Neftçi” Misli Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komanda üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb.

Zədəlilər – Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçı saat 18:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər