Ötən gün “Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub. Hazırda Azərbaycan milli komandasını da çalışdıran Siyasət Əsgərovla mövsümün sonunadək müqavilə bağlanıb. Ötən mövsüm Türkiyə çempionu olan, dadın millimizlə isə Millətlər Liqasında qrup qalibi olan mütəxəssisin təyinatı uğurlu seçim sayıla bilər. Hərçənd, "Neftçi"nin artıq sabiq olan məşqçisi İbrahim Məmmədovun dövründə də bakılılar uğurlu nəticə gösrətib. Maraqlıdır, Siyasət Əsgərov paytaxt təmsilçisini hansı səviyyəyə çatdıracağına söz verib?
Fanat.Az Əsgərovla əlaqə saxlayarq bu və ya digər suallara cavab axtarıb.
- "Neftçi"yə təyinat necə reallaşdı? - "Neftçi"yə təyinatım son bir həftədə reallaşdı. Son həftədə təklif oldu və rəhbərliklə görüşdüm. Bu il və növbəti illər üçün qadın futboluna aid hazırlanmış layihəni gördüm. Ona görə "Neftçi" klubunun təklifini qəbul etdim.
- Başqa ölkələrdən də təklif aldığınızı demişdiniz. Niyə məhz "Neftçi"ni seçdiniz? - Düz deyirsiniz, doğurdan da başqa ölkələrdən təkliflər var idi. Ən çox Türkiyədən təkliflər var idi. Türkiyədə mövsümün birinci yarısı bitdiyi və ikinci hissəsinin oyunları getdiyə görə bu təklifləri dəyərləndirmək istəmədim. Çünki tanımadığım və mövsümün yarısını bitirmiş komandaya getmək istəmədim. Mövsümün sonunda gələcək təklifləri gözləyirdim. Bu anda "Neftçi"dən təklif aldım. Milli komanda ilə də uğurlarımız var. Bir məşqçi kimi istəyərəm ki, klublarımız da inkişaf eləsin. Ümid edirəm ki, klub olaraq işimizi daha yaxşı görərik.
- "Neftçi"nin qadınlardan ibarət komandasının nəticələri qənaətbəxş idi. Üstəlik, bu komanda milliyə namizədlər verib. Sizin qarşınıza yeni hansı məqsəd qoyulub? - "Neftçi" də həm milli səviyyəsində, həm də U19-də çıxış edən oyunçular var. Eləcə də aşağı yaş qrupları var. Milli komandanın oyunçularının çoxluğu mənim təklifi qəbul etməyimə səbəb oldu. Bilirsiz ki, milli komandanın futbolçularının əksəriyyəti legioner həyatı yaşayır. Digərləri isə əsasən "Neftçi"də çıxış edir. Bu kluba gəlməyimin əsas göstəricisi budur. Ümid edirəm ki, klub səviyyəsində daha yaxşı işləyib milli komandanın təlim-məşq toplanışına hazır gedəcəklər. Əsas məqsədimiz çempion olmaqdır. Bilirsiz ki, çempion olan komanda Çempionlar Liqasına vəsiqə qazanır. Ümid edirik ki, bunu bacaracağıq.
- Sələfiniz İbrahim Məmmədovla birlikdə də işləyə bilərdiniz. Ümumiyyətlə, köməkçiniz kim olacaq? - İbrahim müəlim iki həftə olar ki, klubdan ayrılıb. Onun xanım köməkçisi ilə yola davam edirik.
Mirağa