“Neftçi”nin prezidenti yuxuda nə görüb?

“Neftçi”nin prezidenti yuxuda nə görüb?
Avropa Liqasının II təsnifat mərhələsində Bakıda keçirilən oyunda “Koper”ə məğlub olan “Neftçi”nin düşərgəsində vəziyyət gərgindi. Fanat.az xəbər verir ki, Bakıdakı məğlubiyyətdən sonra komandanın vitse-prezidenti Tahir Süleymanov istefaya getdi. 
“Neftçi”dəki istefalar bununla yekunlaşmaya bilər. Komanda bu gün Sloveniyada keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamayacağı təqdirdə,  yeni istefalar olacaq. Öncə baş məşqçi Böyükağa Hacıyev istefaya gedəcək. “Neftçi”nin prezidenti Sadıq Sadıqov açıqlamasında bunu təsdiqləyib: “Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya 3 cavabdeh şəxs var - mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağa ilə mən qalmışam. Görək nə olur”.
 
Sadıq Sadıqov  bu gün keçiriləcək oyuna toxunarkən bildirib ki, yuxuda qələbə qazandıqlarını görüb: “Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah belə də olar. Proqnozumuza gəlincə, 2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.
"Futbol+"
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər