"Neftçi"nin prezidenti baş katibdən növbəti zərbəni aldı - ÖZƏL

"Neftçi"nin prezidenti baş katibdən növbəti zərbəni aldı - ÖZƏL

Son vaxtlar AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətləri pozulan "Neftçi”nin prezidenti Kamran Quliyev növbəti dəfə zərbəyə tuş gəlib.

 

 

Fanat.Az-ın məlumatına görə, baş katib öz yetirməsi sayılan Quliyevin xahişini rədd etməklə ona olan nifrətini ortaya qoyub. Belə ki, Premyer Liqanın 16-cı turu çərçivəsində sabah "Keşlə”ni qəbul edəcək "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”da bu gün məşq etməsinə icazə verilməyib. Stadionun rəhbərliyi "ağ-qaralar”ın prezidentinin təkidlərinə "Elxan müəllim icazə vermir” cavabını verməklə kifayətlənib.

 

Qeyd edək ki, dünən də "ağ-qaralar” "Bakcell Arena”ya buraxılmayıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər