"Neftçi"nin oyununa hakim təyinatları açıqlandı

"Neftçi"nin oyununa hakim təyinatları açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Aris" - "Neftçi" oyununa hakim təyinatları bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın səfər matçı xorvatiyalı hakimlər briqadasına tapşırılıb.

Kiprdə baş tutacaq görüşün baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Qoran Pataki və Luka Payiç kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

"Aris" - "Neftçi" oyunu iyulun 21-də, Larnakadakı "AEK Arena"da baş tutacaq. Matç Bakı 21:30-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər