"Neftçi"nin legionerinin cəza müddəti bilindi

"Neftçi"nin legionerinin cəza müddəti bilindi

“Neftçi”nin futbolçusu Yuri Matiasın cəza müddəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılıb.

28 yaşlı legionerin klubu 500 manat ödəyəcək.

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.

Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər