"Neftçi"nin legioneri milliyə getməyəcək

"Neftçi"nin legioneri milliyə getməyəcək

"Neftçi"nin legioneri Alfa Konte şərəfini qoruduğu Syerra-Leone millisinin düşərgəsinə yollanmayacaq.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdır.

Belə ki, Syerra-Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki yığma komanda sözügedən matçlardan imtina edib. Bununla da Alfa martın 23-də Moskva “Spartak”ıyla “Neftçi Arena”dakı yoldaşlıq görüşündə iştirak edə biləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər