Bu gün Əvəzedicilər Liqasında 14-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 2 görüş baş tutub.
“Sumqayıt”la “Zirə”nin əvəzedicilərinin görüşündə qalib müəyyənləşməyib. “Neftçi-2” isə “Araz-Naxçıvan-2”-yə 8 cavabsız qolla qalib gəlib.
Əvəzedicilər Liqası 14-cü tur 27 noyabr
“Sumqayıt-2” – “Zirə-2” 1:1 Qollar: Qabil Əlizadə, 21 - Ömər Qurbanov, 62.
“Neftçi-2” – “Araz-Naxçıvan-2” 8:0 Qollar: Ağadadaş Salyanskiy, 6; 15; 19; 31; 58. Bahadur Quliyev, 21. İbrahim Novruzov, 40. Murad Məmmədov, 68.
Turun digər oyunları:
“Qəbələ-2” – “Turan Tovuz-2” 3:0 “Sabah -2” – “Qarabağ-2” 2:1 “Səbail-2” – “Kəpəz-2” 1:1