"Neftçi"nin Çempionlar Liqası oyunlarını yayımlayacaq telekanal məlum oldu

"Neftçi"nin Çempionlar Liqası oyunlarını yayımlayacaq telekanal məlum oldu
"Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gürcüstanın "Dinamo” (Tbilisi) komandası ilə hər iki matçı "CBC Sport” vasitəsilə canlı izləmək mümkün olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər