“Neftçi”də yeni təyinat

“Neftçi”də yeni təyinat

Bu gün “Neftçi”nin nəzdində yaradılan Müşahidə Şurasının qərarına əsasən, klubda prezident və vitse-prezident vəzifəsi ləğv olunub. Famat.az xəbər verir ki, şuranın qərarı ilə icraçı direktor vəzifəsi təsis olunub. 

Bu vəzifəyə “Neftçi”nin vitse-prezidenti olmuş Elnur Məmmədov təyin edilib. Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidi.

Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər