"Neftçi" "Zirə"yə qarşı onlarsız mübarizə aparacaq

"Neftçi" "Zirə"yə qarşı onlarsız mübarizə aparacaq

Misli Premyer Liqasının XXXI turu çərçivəsində bu gün "Zirə"nin qonağı olacaq "Neftçi" "qartallar"a qarşı tam heyətlə mübarizə apara bilməyəcək

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "xalq komandası"nın iki futbolçusu görüşü kənardan izləyəcək.

Bunlar zədədən sonra bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı durumda olan Azər Salahlıdır. 

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 19:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər