“Neftçi” yoxlama oyununda Türkiyə klubuna uduzdu

“Neftçi” yoxlama oyununda Türkiyə klubuna uduzdu

Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Ərzurumspor” ilə qarşılaşıb.

Matç Türkiyənin 1-ci Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. "Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev fərqlənib.

"Ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər