“Neftçi” və “Qarabağ”ın əvəzedicilərinin görüşündə darmadağın

“Neftçi” və “Qarabağ”ın əvəzedicilərinin görüşündə darmadağın

Əvəzedicilər Liqasında 9-cu tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

Oyunların hamısı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Xüsusilə “Neftçi”nin əvəzedicilərinin “Qarabağ”ın ikinci komandası üzərində 5 qolla qələbə qazanması diqqətçəkən olub.

Əvəzedicilər Liqası 9-cu tur 7 oktyabr

“Zirə-2” – “Turan Tovuz-2” 3:2 Qollar: Murad Ələkbərov, 8. Vüsal Əliyev, 26. Xəqani Sadıxov, 90+5-pen. - Məzahir Məmmədzadə, 58. Sadiq Şəfiyev, 66. Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Kəpəz-2” 3:0 Qollar: Said Əliyev, 16. Uğur Cahangirov, 34; 44. “Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Qarabağ-2” 5:1 Qollar: Hüseyn Babayev, 12. Ağadadaş Salyanskiy, 28; 47. İbrahim Novruzov, 62. Cavanşir Şahbazlı, 90+1 - Musa Musazadə, 36. Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər