Əvəzedicilər Liqasında 28-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
“Neftçi-2” səfərdə əsas izləyicisi “Qəbələ-2” üzərində qələbəyə sevinib. “Qarabağ-2” isə “Kəpəz-2” ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb.
Əvəzedicilər Liqası 28-ci tur 30 mart
“Qəbələ-2” – “Neftçi-2” 1:2 Qollar: Fariz Xeyrullayev, 85-öz qapısına - Samir Həsənov, 32. Ağadadaş Salyanski, 37. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Kəpəz-2” – “Qarabağ-2” 1:3 Qollar: Nemət Musayev, 55 - İbrahim Camalov, 36. Əşrəf Zeynallı, 43. Musa Musazadə, 90+1. Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.