Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Qəbələ" və "Səbail" üz-üzə gəlib. "Səbail" 3 xalı aktivinə yazmaqla ikinci pilləyə yaxınlaşa bilərdi. Lakin meydan sahibləri çempionatın sürpriz komandasını xalsız qoyub.
Turun son oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub. Ötən gün "Qarabağ" xal itirdiyindən, "ağ-qaralar" qələbə qazanaraq yenidən vahid lider olmaq şansını qaçırmayıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Keşlə" "Sabah"a qalib gəlib (3:0), "Qarabağ" - "Zirə" görüşündə qalib müəyyənləşməyib (0:0).
Premyer Liqa
2018/19 mövsümü
III dövrə, XX tur
10 mart
Qəbələ - Səbail 2:1
Qollar: Ceyms Adeniye, 49; 55 - Elvin Yunuszadə, 84.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 73.
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k).
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 6. Rüstəm Nuruyev, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 18. İlqar Qurbanov, 77. Samir Qurbanov, 88. Sabien Lilay, 98. Rövlan Muradov.
Baş məşqçi: Zaur Həşimov.
Səbail: 1. Aleksandr Rıbka, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 7. Fəhmin Muradbəyli, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 28. Kevin Kubemba, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 3. Tamazi Tsetsxladze, 5. Vüqar Bəybalayev, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 21. Akpoveta Oke, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 33. Tome Kitanovski, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu.
Sumqayıt - Neftçi 1:2
Qollar: Peyman Babayi, 26 - Mamadu Mbodj, 76. Ömər Bədəlov, 87.
Qırmızı vərəqə: Mehdi Cənnətov, 77.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
"Kapital Bank Arena”.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Neftçi |
20 |
13 |
5 |
2 |
35:14 |
44 |
|
|
2 |
Qarabağ |
20 |
12 |
6 |
2 |
39:17 |
42 |
|
|
3 |
Səbail |
20 |
9 |
4 |
7 |
23:19 |
31 |
|
|
4 |
Qəbələ |
20 |
7 |
7 |
6 |
23:22 |
28 |
|
|
5 |
Sabah |
20 |
6 |
3 |
11 |
15:29 |
21 |
|
|
6 |
Keşlə |
20 |
5 |
4 |
11 |
21:30 |
19 |
|
|
7 |
Zirə |
20 |
4 |
7 |
9 |
16:28 |
19 |
|
|
8 |
Sumqayıt |
20 |
4 |
4 |
12 |
15:28 |
16 |
|
|
Bombardirlər |
Baqali Dabo (Neftçi) - 9. Ceyms Adeniyi (Qəbələ) - 8. Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) - 7. Mirabdulla Abbasov (Neftçi), Filip Ozobiç (Qarabağ) - 6. |
|||||||
|
Qeyd |
IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib. |
|||||||
Fanat.Az