"Neftçi" Qəbələdə 3 qolla qalib gəldi

"Neftçi" Qəbələdə 3 qolla qalib gəldi
Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Turun ikinci matçı Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Neftçi" arasında keçirilib. Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı Tural Axundov açıb. Digər iki qola isə bu yay "Qəbələ"dən "Neftçi"yə keçən Rauf Əliyevlə Stiven Monroz imza atıb.
Bu, komandaların çempionatda 45-ci matçı olub. 45 qarşılaşmanın 20-də "ağ-qaralar", 16-da isə "qırmızı-qaralar" qələbəyə seviniblər. Topların nisbətində "Neftçi"nin üstünlüyü var - 61:57. 
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Sumqayıt"a qalib gəlib - 2:0. Qalan iki oyun bazar günü keçiriləcək. "Sabah" "Səbail"i, "Keşlə" "Zirə"ni qəbul edəcək.
 
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, VI tur
28 sentyabr
Qəbələ - Neftçi 0:3
Qollar: Tural Axundov, 68. Rauf Əliyev, 72. Stiven Monroz, 89.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 9. Davit Volkov, 3. İviça Zuniç, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.
Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

6

6

0

0

15:1

18

2

Səbail

5

3

1

1

7:6

10

3

Neftçi

6

2

2

2

6:5

8

4

Keşlə

5

2

1

2

6:3

7

5

Zirə

5

2

1

2

5:6

7

6

Sumqayıt

6

2

0

4

5:9

6

7

Qəbələ

6

1

1

4

2:13

4

8

Sabah

5

0

2

3

2:5

2

Bombardirlər

İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenzo Frutos (Keşlə), Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ) - 3. Ağabala Ramazanov (Səbail), Abdullah Zubir (Qarabağ), Maqaye Qeye (Qarabağ), Xulio Sezar Rodriges (Zirə), Dani Kintana (Qarabağ), Stiven Monroz (Neftçi) - 2.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər