"Neftçi" - "Sumqayıt" oyunu ertələndi

"Neftçi" - "Sumqayıt" oyunu ertələndi

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilməli olan "Neftçi" - "Sumqayıt" görüşünün başlama saatı dəyişdirilib.

Fanat.Az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, buna “Qəbələ” - “Zirə” matçının əlverişsiz hava şəraitinə görə dayandırılması səbəb olub.

Beləliklə, matç saat 18:15-də deyil, 18:45-də start götürəcək.

Qeyd edək ki, Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb və hazırda meydan qardan təmizlənir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər