“Neftçi” “Qarabağ”la matça 3 itki ilə çıxacaq

“Neftçi” “Qarabağ”la matça 3 itki ilə çıxacaq

“Neftçi”nin 3 futbolçusu Premyer Liqanın 25-ci turunda “Qarabağ”la oyunu buraxacaq.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.

Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.

Sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər