"Neftçi" Kiprdə yenildi

"Neftçi" Kiprdə yenildi

Ötən mövsümün gümüş mükafatçısı "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsində "Aris"lə (Limassol) ilk matçına çıxıb. 

Kiprdəki "AEK Arena"da baş tutan qarşılaşma bakılıların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Neftçi” adalıları ikinci görüşdə daha böyük hesabla üstələyib keçəcəyi halda, növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, "Neftçi" ilə "Aris" arasındakı cavab oyunu 1 həftə sonra "Bakcell Arena"da olacaq. 

Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun

21 iyul

"Aris" (Limassol, Kipr) - "Neftçi" (Azərbaycan) 2:0 

Qollar: Kaju, 53. Qomis, 65

"Aris": 1. Vana, 3. Kaju, 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke

Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 7. Leo Benqtsson, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave

Baş məşqçi: Aleksey Şpilevski

"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Baş məşqçi: Laurentsiu Regekampf

Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya) "AEK Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər