“Neftçi” ilə “Zirə”nin oyunlarının yeri dəyişdirildi

“Neftçi” ilə “Zirə”nin oyunlarının yeri dəyişdirildi

Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası tərəfindən araşdırılıb.

Fanat.Az xəbər ver ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib.

Belə ki, şənbə günü baş tutacaq “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində baş tutacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edirik ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər