“Neftçi” ilə oyunlarda heç vaxt belə üstünlüyümüz olmayıb"

“Neftçi” ilə oyunlarda heç vaxt belə üstünlüyümüz olmayıb"
Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi futbolçularından razı qalıb: 
“Cari mövsümdə hələ bu cür oyun oynamamışdıq. “Neftçi”yə qarşı yüksək tempdə oynadıq, qol imkanları yaratdıq, təəssüf ki, istifadə edə bilmədik. Futbolçular çempiona qarşı yaxşı oynadılar, komanda layiqli oyun göstərdi. Buraxdığımız qol işimizi çətinləşdirir, səfərdə “Neftçi”yə qarşı oynamaq daha çətin olacaq. Komandaya iradım yoxdu, sürətli və baxımlı oyun oynadıq. “Neftçi” ilə oyunlarda heç vaxt belə üstünlüyümüz olmayıb. Səfərdə də belə oynasaq, növbəti mərhələyə çıxmaq şansımız olacaq. Çempionatın qrafiki sıxdı, oyunun yüksək tempini saxlamaq üçün əvəzetmələr etməli idik. “Neftçi” ikinci hissədə yorulmuşdu. Mikel Alvaro və Sezar Meza Kolli çox iş gördü. Əvəzetmələri düzgün etdiyimizi düşünürəm. İaşvili fərdi oyunu ilə “Neftçi”yə təzyiqi artırmağa kömək etdi. Baçananı bir az daha tez meydana buraxa bilərdik. Hesabda geri düşdükdən sonra iki hücumçu ilə oynadıq. Hər ikisi ilk dəqiqələrdən oynasaydı bu cür effektiv olmayacaqlarını düşünürəm. 11 metrlik cərimə zərbəsinə baxmağa ürəyim dözmədi, ona görə paltardəyişmə otağına yollandım. Bu cür oyunda belə 11 metrlik cərimə zərbəsi verilməməli idi. Top çox yaxın məsafədən ələ dəymişdi. Çətin olsa da, həm kubokda, həm də Premyer Liqada sona kimi mübarizə aparmağa çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər