Əvəzedicilər Liqasında 18-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
Lider “Neftçi-2” bu dəfə “Kəpəz”in əvəzedicilərinə böyük hesabla qalib gəlib. “Zirə” ilə “Qarabağ”ın əvəzedicilərinin oyununda isə qalib müəyyənləşməyib.
Əvəzedicilər Liqası 18-ci tur 25 dekabr
“Zirə-2” – “Qarabağ-2” 1:1 Qollar: Xəqani Sadıxov, 88 - Nihad Quliyev, 38. “ASK Arena”, 14:00.
“Neftçi-2” – “Kəpəz-2” 4:0 Qollar: Elcan Əbilov, 6; 60. Aşqin Abazərov, 45+1. İbrahim Novruzov, 68. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
Turun digər oyunları:
“Qəbələ-2” – “Sabah-2” 2:0 “Sumqayıt-2” – “Səbail-2” 2:1 “Turan Tovuz-2” – “Araz Naxçıvan-2” 1:2