“Neftçi” - “Dinamo” oyunu moldovalılara tapşırıldı

“Neftçi” - “Dinamo” oyunu moldovalılara tapşırıldı
Çempionlar Liqasının "Neftçi” – "Dinamo” oyununun hakimləri açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, I təsnifat mərhələsinin cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.
İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması "Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər