"Neftçi" çempion oldu

"Neftçi" çempion oldu

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" komandaları qarşılaşıblar.

93:29 hesablı qələbə qazanan birincilər yarışın qalibi olub.

Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər