"Neftçi" bu gün Türkiyədə ilk sınaq matçına çıxacaq

"Neftçi" bu gün Türkiyədə ilk sınaq matçına çıxacaq

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Fanat.Az "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə üz-üzə gələcək.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir yoxlama oyununa çıxacaq.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər