"Neftçi" - "Aris" oyununa nə qədər bilet satılıb?

"Neftçi" - "Aris" oyununa nə qədər bilet satılıb?

"Neftçi" və Kiprin "Aris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa bilet satışı davam edir.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "Bakcell Arena"da baş tutacaq oyuna 10 min bilet satışa çıxarılıb. Artıq onların 3500-ü azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) manatdır.

Biletləri Iiticket.az-dan onlayn qaydada da əldə etmək olar.

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər