"Neftçi" 50-yə çatdı

"Neftçi" 50-yə çatdı

“Neftçi” Azərbaycan çempionatları tarixində 50-ci böyükhesablı səfər qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXV turunda "Səbail"ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.

“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.

Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər