"Neftçi" 3 futbolçusunu itirdi

"Neftçi" 3 futbolçusunu itirdi

UEFA Konfrans Liqasının pley-off mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşan "Neftçi" 3 itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, paytaxt klubu Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlının xidmətindən məhrum olub.

İsmayıl Zülfüqarlı "Makkabi" ilə dünən baş tutan oyunda qırmızı vərəqə alıb. Yusuf Laval və Mamadu Mboc avrokuboklarda üçüncü sarı vərəqəni aldıqlarıəna görə cəzalı duruma düşüblər. Hər 3 futbolçu Hayfada meydana çıxa bilməyəc ək.

Qeyd edək ki, "Neftçi" - "Makkabi" matçı 3:3 hesabı ilə başa çatıb. İsraildəki qarşılaşma avqustun 26-da gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər