Naxçıvanda kueçirilən Super Kubok oyununda növbəti hakim biabırçılığı qeydə alınıb. Fanat.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov qərarını dəyişib.
Belə ki, FİFA referisi oyunun 16-cı dəqiqəsində "Xəzər Lənkəran"ın oyunçusu Ağabala Ramazanov Denis Silva ilə mübarizədən sonra yerdə qalıb. Həsənov bunu penalti kimi dəyərləndirib və onbirmetrlik nöqtəni göstərib. Lakin daha sonra əlavə hakim Əliyar Ağayevlə məsləhətləşərək qərarını dəyişdirib.
Fanat.az