"Torino"nun hücumçusu Andrea Belotti bu yay iş yerini dəyişə bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "İnter" Belotti uğrunda mübarizə aparırlar. "Fiorentina" yanvarda 26 yaşlı futbolçuya görə 40 milyon avro ödəməyə hazır idi. MY və "İnter" sözügedən təklifi daha da yüksəltməli olacaqlar.
Mənbənin məlumatına görə, Belottinin xarici klublar üçün təzminat məbləği 100 milyon avro təşkil edir. Yalnız italiyalı futbolçu daha yüksək səviyyəli klubda oynamaq istəyəcəyi təqdirdə "Torino" məbləğdə endirim etməyə razı ola bilər.
Fanat.Az