Mustafa Dənizli "Qalatasaray"la vidalaşdı

Mustafa Dənizli "Qalatasaray"la vidalaşdı
Mustafa Dənizli bu gün "Qalatasaray"ın Floryadakı təlim-məşq bazasına gəlsə də, məşqə çıxmayıb.
Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu və texniki işçilərlə vidalaşan çalışdırıcı klub prezidenti Dursun Özbəklə görüşməyə gedib. Məlumata görə, bu görüşdən öncə Özbək də vəkillərlə məsləhətləşmələr aparıb.
Bu görüşdən sonra Mustafa Dənizlinin "Qalatasaray"dan ayrılması barədə rəsmi açıqlama verəcəyi gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər