"Murov"un 1/8 final görüşlərinin vaxtı müəyyənləşdi

"Murov"un 1/8 final görüşlərinin vaxtı müəyyənləşdi

Azərbaycanın “Murov” voleybol klubunun Çağırış Kubokunun 1/8 final mərhələsində oyunlarının tarixi müəyyənləşib.

Fanat.Ax xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Niderlandın “Orion” klubu ilə qarşılaşacaq.

İlk oyun dekabrın 1-də səfərdə, cavab qarşılaşması isə dekabrın 15-də Bakıda baş tutacaq.

Qeyd edək ki, təmsilçimiz bunadək "Varazdin" (Xorvatiya) və "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər