"Murov"dan "quru hesablı" qələbə

"Murov"dan "quru hesablı" qələbə

Azərbaycanın kişilərdən ibarət “Murov” voleybol klubu Niderlandın “Orion” komandası ilə Çağırış Kubokunun 1/8 final oyunlarına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirib.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv ölkə çempionatının debütantı “Xarı Bülbül”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Sonradan məşqçilərin razılığı əsasında tərəflər arasında daha bir set oynanılıb. Son ölkə çempionu bu dəfə də rəqibini üstələyib - 29:27.

Qeyd edək ki, “Murov” Niderland təmsilçisinə qarşı ilk oyununu dekabrın 1-də səfərdə keçirəcək. Cavab matçı isə dekabrın 15-də Bakıda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər