“Murov” vahid liderliyi ələ keçirdi

“Murov” vahid liderliyi ələ keçirdi

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin ilk oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə MOİK və “Murov” komandaları üz-üzə gəliblər.

2-ci tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə isə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. 3 xalla “Xarı bülbül” turnir cədvəlində 2-ci, xal qazanmayan “Neftçi” və MOİK komandaları isə 3-cü və 4-cü pillələri tuturlar. 

Yüksək Liqa 2-ci tur 12 yanvar

MOİK - Murov 0:3 (15:25, 11:25, 17:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər